"Ey İman gətirənlər! Sizə verdiyimiz rusilərin (təmiz və) halalından yeyin! - BƏQƏRƏ SURƏSİ - 172"
Qeyd edık ki, bu sitata "Hacı Turqay" şrikətinin məhsullarının reklamında rast gəldik. Amma rast gəldiyimiz ikinci fakt sözügedən şirkaətin irəli çəkdiyi sitata və istinad etdiyi müqəddəs qaynağa uyğun olmadığını ortaya çıxardı.
"Şikayətim "Hacı Turqay" şirkətinin istehsal etdiyi kolbasaları ilə bağlıdır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Cavid Quliyev adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra fotolar təqdim edərək yazır:
"Baxın, dostlar, içindən bilinməyən, nə isə qara rəngli naməlum bir şey çıxır. Bildirim kiŞ məhsulu "20 yanvar" metrostansiyasının yaxınlığındakı "Bravo" marketdən almışıq".
Hər halda, dia.az olaraq yuxarıdakı sitatı təsadüfən xatırlatmadıq. Ən azından "Hacı Turqay"ın vətəndaş tərəfindən təqdim olunan məhsulunun keyfiyyətindən bunu deməyə əsas yaranır. Yox, şirkət əgər "saxlanma şəraiti" ilə bağlı bəahnə irəli sürərsə, o zaman rahatlıqla deyə bilərik ki, istənilən bir firma təkcə mallarını paylaşdırmağa yox, onların satış nöqtələrindəki vəziyyətinə görə də məsuliyyət daşıyır. Ən azından öz maraqları baxımından...
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...